Yandex.Metrica Brendinq - Trustme Digital
Brendinq home | xidmətlərimiz | brendinq

Brendinq nədir? sualın acavab olaraq deyə bilərik ki, brendinq bir markalaşma prosesidir. Müəssisənin, məhsulun və ya şəxsin faydalana biləcəyi bu xidmət, müştərilərin şüurunda davamlı təsir yaratmaq və digər rəqiblər arasında fərqlənmək üçün bir yarışdır. Bu yarış bir növ marketinq və ünsiyyət üsullarından keçərək hazırlanır.

 

İxtisaslı bir Marka yaratmaq!

Markanı yaratmağa başlamazdan əvvəl incə və ətraflı bir araşdırmaya ehtiyac var. Nəticə olaraq markalaşma yolunu tutacaq şəxslər və ya təşkilatlar çox uzun və tələbkar bir yola çıxırlar. Bu səyahətdə öncədən düzgün hazırlıqlar görülürsə, yola çıxdıqdan sonra daha asanlıqla irəliləyə bilərsiniz. Bu işdəki marka, istehlakçıya və ya müştəriyə çatdıqdan sonra özünə inam verməlidir.

 

Hansı yolla gedirik?

Hər şeydən əvvəl yaradılacaq markaya xas bir strategiya təyin edirik. Bu strategiya idarəetmə prosesimizi planlaşdırmağımıza kömək edir. Müştərinin çəkdiyimiz yolu qəbul etməsi, işimizdə rahat dəyişikliklər etməyə imkan verir. Yaradıcılıq perspektivi ilə addım-addım irəliləyirik. Uzunmüddətli beyin fırtınalarından çıxan qərarlar dinamikimizi meydana gətirir.

Brendinq başlıqlarımız
  • Marka adı və mövqeyi
  • Rəqib bazar araşdırması
  • Markada vurğulanacaq detallar
  • Veb sayt optimizasiyası və ya Veb dizaynı
  • Korporativ şəxsiyyət infrastrukturu və vizualların yaradılması
  • Sosial Media idarəetməsi və mövcud hesabların reviziyası
  • Düzgün reklam ilə reklam idarəetməsi və büdcə qiymətləndirilməsi
  • Monitorinqlə ölçmə
  • Mətbuat münasibətləri
  • Brendə prestij gətirəcək seminarlar, təşkilatlar və yarışmalar