Yandex.Metrica SEO Optimizasiya - Trustme Digital
SEO Optimizasiya home | xidmətlərimiz | seo optimizasiya

SEO xidməti barədə məlumatdan öncə SEO nədir? sualına cavab vermək istərdik. SEO termininin ingiliscə açıqlaması "Search Engine Optimization" olub, ana dlimizdə mənası, axtarış motorlarının optimallaşdırılmasıdır. Daha sadə dildə izah etsək, veb saytınızın istifadəçilərin axtarış zamanı yazdığı açar sözlərə görə, axtarış nəticələrində tapılması və ilk sıralarda çıxması üçün edilən bir əməliyyatdır. 

SEO çalışmasının əsas məqsədi veb saytınızın, istifadəçilərin axtardıqları açar sözlərə görə ilk sıralarda çıxması və veb saytınıza trafikin artırılmasıdır. Əgər veb saytınızın uyğun açar sözlərdə ilk sıralarda çıxmasını istəyirsinizsə, mütləq ya SEO komandası qurmalı ya da kənardan SEO xidmeti almalısınız. Unutmayın ki, dünyada sürətlə gedən rəqəmsallaşma, sizin öz biznesinizi həm rəqəmsala daşımağa, həm funksional veb sayta sahib olmağa, həm də SEO xidməti almağa məcbur edir və ya edəcək. Əgər veb saytınız varsa, elə isə gecikmədən SEO xidmeti almağa tələsin.
 


SEO xidməti zamanı nə edirik?

Bizdən SEO xidmeti tələb etdikdə, ilk öncə veb saytınızı audit və analiz edirik. Saytınızda mövcud olan boşluqları aşkar edirik və həlli istiqamətində strategiya hazırlayırıq. Daha sonra rəqiblərinizi və müştərilərinizin sizi rahatlıqla axtarış zamanı tapması üçün uyğun açar sözləri araşdırırıq. SEO xidməti olaraq xidmətimiz üç istiqamətdə davam edir.
On Page SEO (Sayt daxili SEO)
Off Page SEO (Sayt xarici SEO)
Technical SEO (Texniki SEO)

 

*SEO xidməti rəsmi müqavilə əsasında həyata keçirilir və SEO xidmeti, saytdan asılı olaraq minimum 6 ay davam edir.

 

SEO xidməti razılaşdıqdan sonra yol xəritəsi aşağıdakı kimi tərtib edilir:
  • Veb saytınızın təhlil və analiz edilməsi
  • Rəqib saytların analizi və təhlili
  • Açar sözlərin təyin edilməsi
  • Uyğun strategiyanın hazırlanması
  • Veb saytınızda olan texniki nasazlıqların aşkarlanması və aradan qaldırılması
  • Kontentlərin düzəldilməsi
  • Saytın əlaqəli olduğu sahəyə uyğun 1 SEO əsaslı bloq yazının (razılaşmaya görə dəyişə bilər) yazılması
  • Backlink analizi və link yerləşdirilməsi
  • On-page, Off-page SEO və Technical SEO işlərinin görülməsi
  • Nəticələrin analiz edilməsi
  • Aylıq SEO xidməti hesabatı

 

SEO xidmeti zamanı atacağımız addımlar:
 
Hədəf auditoriyasının müəyyənləşdirilməsi
  • Açar söz təhlili: Sektora görə, hədəf auditoriyası üçün uyğun yüksək axtarış həcmi olan açar sözlərə diqqət yetirərək, müvafiq açar söz təhlili aparılır. Saytın məzmunu optimallaşdırılır və URL strukturları müəyyən edilmiş açar sözlərə uyğun olaraq yenilənir.
  • Rəqib analizi: Sektordakı rəqiblərinizi araşdıraraq, müəyyən bir müddət içərisində orqanik trafikinizdə böyümə, orqanik trafikin büdcənizə müsbət əks olunması və axtarış nəticələrində düzgün açar sözlərlə görünmə hədəflənir.
  • Sektor Analizi: Rəqib analizinə uyğun olaraq sektorun rəqabət dərəcəsi araşdırılır və hədəflər buna uyğun olaraq müəyyən edilir.
Yeni müştəri
  • Kontent optimallaşdırması: Hədəf auditoriyanıza uyğun və yüksək həcmli açar sözlər ehtiva edən ziyarətçi dostu kontentlər, SEO dostu kontent olaraq təyin edilir və veb saytınızda yerləşdirilər.
  • Mobil uyğunluq, telefon və planşet ekranlarına görə avtomatik olaraq veb saytların tənzimlənməsidir. Mobil uyğun veb dizaynı asanlıqla mobil telefon və ya tablet kimi kiçik ekranlı cihazlarda asanlıqla istifadə edilə bilər. Mobil uyğun saytlar, digər saytlardan daha yüksək ziyarətçi axınına səbəb olur. Buna görə də, veb saytınızın mobilə uyğun olması üçün çalışırıq.
Mütəmadi nəzarət
  • Müntəzəm yoxlamalar: Edilən tənzimləmələrin bir proqram problemi və ya bir yenilənmə ilə pozulması mümkündür. Bu səbəbdən layihə, mütəmadi olaraq müəyyən fasilələrlə yoxlanılır.
  • Data nəzarətləri: Açılış səhifələri, ən çox ziyarət edilən səhifələr, orqanik trafik artımı, yeni istifadəçi artımı kimi məlumatlar, aylıq və illik dövrlər üçün analiz edilir; Aylıq və ya mövsümi olaraq müqayisəli olaraq da araşdırılır.
  • İstifadəçi təhlili: Saytdakı istifadəçi davranışı optimallaşdırma ilə bağlı detallı məlumatlar verir. Bu səbəbdən də istifadəçi analizinə uyğun olaraq optimallaşdırmalar edilir.
Transformasiya
  • Orqanik trafik, satışlarda necə əks olunur?
  • Digər marketinq fəaliyyətləri ilə asan inteqrasiya səmərəliliyi və çevrilməni artırır.
  • Axtarış nəticələrinin ön sıralarında smövqelənmə, daha çox müştərinin markanı tanımasına və etibar etməsinə imkan verir.
  • İstifadəçinin əsasən diqqət mərkəzində saxladığı məhsulları vurğulayaraq, konversiyanı artırmaq məqsədi daşıyır.