Yandex.Metrica
SEO xidməti ana səhifə | xi̇dmətləri̇mi̇z | seo xidməti

SEO xidməti barədə məlumatdan öncə, "SEO nədir" sualına cavab vermək istərdik. SEO termininin ingiliscə açıqlaması "Search Engine Optimization" olub, ana dlimizdə mənası, axtarış motorlarının optimallaşdırılmasıdır. Daha sadə dildə desək, veb saytınızın istifadəçilərin axtarış zamanı yazdığı açar sözlərə uyğun axtarış nəticələrində tapılması və ilk sıralarda çıxması üçün edilən bir əməliyyatdır. 

SEO xidmətinin əsas məqsədi veb saytınızın, istifadəçilərin axtardıqları açar sözlərə uyğun ilk sıralarda çıxması və veb saytınıza trafikin artırılmasıdır. Əgər veb saytınızın uyğun açar sözlərdə ilk sıralarda çıxmasını istəyirsinizsə, mütləq ya SEO komandası qurmalı ya da kənardan SEO xidmeti almalısınız. Unutmayın ki, dünyada sürətlə gedən rəqəmsallaşma, sizin öz biznesinizi həm rəqəmsala daşımağa, həm funksional veb sayta sahib olmağa, həm də SEO xidməti almağa məcbur edir və ya edəcək. Əgər veb saytınız varsa, elə isə gecikmədən SEO xidmeti almağa tələsin.


SEO xidməti zamanı nə edirik?

Bizdən SEO xidmeti sifariş etdikdə, ilk öncə veb saytınızı audit və analiz edirik. Saytınızda mövcud olan boşluqları aşkar edərək, onların həlli istiqamətində xüsusi strategiya hazırlayırıq. Daha sonra müştərilərinizin sizi rahatlıqla axtarış zamanı tapması üçün uyğun açar sözləri araşdırırıq və tətbiq edirik. SEO xidməti olaraq xidmətlərimiz üç istiqamətdə davam edir:
 

On-page SEO xidməti

Veb saytın təməlinin yaradılması ilə bağlı görülən işlərin hamısına On-page SEO deyilir. Bu prosesdə bəzi peşəkar SEO alətlərindən istifadə edilir. Veb saytın texniki səhvləri və veb-sayt performansı Ahrefs, Deepcrawl, Botify, Semrush, Ubersuggerts və s. kimi alətlərlə yoxlanılır. Bu yoxlamalar nəticəsində bəzi təkmilləşdirmə tətbiqləri icra olunur. On-page SEO-nun əsas məqsədi Google tərəfindən veb saytın daha yaxşı başa düşülməsini təmin etmək, yəni onu daha asan indeksləşdirmək və Google-a gün ərzində vebsaytda daha çox səhifə taramasına imkan verməkdir. 
 

Off-page SEO xidməti

Veb saytın Off-page SEO xidmeti hissəsində texniki problemləri həll etdikdən sonra imic və avtoritetin artırılması işinə Off-page SEO deyilir. Off-page SEO araşdırmaları ilə, etibarlı mənbələrdən backlinklər əldə edərək, veb saytın Google-ın gözündə nüfuz qazanması mümkündür. Bu geri keçidlər saytları zirvəyə daşımaq və Google-un gözündə daha çox prestij qazanmaq adı olan şirkətlərə tövsiyə olunur.
 

Texniki SEO xidməti

Sayt ziyarətçiləri üçün axtarış sisteminin optimallaşdırılması üçün veb səhifənin sürətli və texniki cəhətdən düzgün olması vacibdir. Veb səhifənin texniki təkmilləşdirmə üçün uyğun olan hissələrinin müəyyən edilməsi və lazımi təkliflərin paylaşılması texniki optimallaşdırma adlanır. Bu, veb səhifənin yükləmə sürəti performansı, sayta giriş sürəti, fayl ölçüləri, CSS və HTML xətaları verən hissələr və pozulmuş keçidlərin hesabatı deməkdir.

 

*SEO xidməti rəsmi müqavilə əsasında həyata keçirilir və SEO xidmeti, saytdan asılı olaraq minimum 6 ay davam edir.

 

SEO xidməti zamanı SEO alətlərindən istifadə

SEO xidmeti zamanı işə daha peşəkar yanaşaraq SEO alətlərindən istifadə edirik. İş prosesində rəqib analizi, sektordakı rəqabət və açar sözlərin analizi üçün Semrush alətindən, Backlink, SERP, rəqib analizləri üçün Ahrefs SEO alətindən, rəqib qarşılaşdırması, SERP sıralamasını incələmək üçün Moz RANK-dan, saytdakı linklərdə olan xətaları görə bilməmiz və aradan qaldırmağımız üçün, title, meta tag, H tagları kimi elementləri görə bilməmiz üçün ScreamingFrog alətindən, istifadəçi analizi üçün Google Analytics, Yandex Metrica, Hotjar kimi bir çox SEO alətlərindən istifadə edirik. 

 

SEO xidməti, veb saytınızdan reklamsız qazanc əldə etməyinizə kömək edir. 

SEO, məzmununuz haqqında axtarış edənlərin sizi tapa bilməsi üçün Google və ya oxşar axtarış sistemlərində veb saytınızın açar söz mövqelərini artırır. Fokus açar sözünüz axtarış nəticələrində yüksək yer tutduqda, nəzərəçarpacaq dərəcədə orqanik trafik artımının şahidi olacaqsınız. Orqanik trafikin artması həm gəlirinizi artırır, həm də reklam xərclərinizi azaldır. 

 

SEO xidməti yol xəritəsi

  • Veb saytınızın təhlil və analiz edilməsi
  • Rəqib saytların SEO analizi və təhlili
  • Açar sözlərin təyin edilməsi
  • Uyğun SEO strategiyasının hazırlanması
  • Veb saytınızda olan texniki nasazlıqların aşkarlanması və aradan qaldırılması
  • Kontentlərin düzəldilməsi
  • Saytın əlaqəli olduğu sahəyə uyğun 1 SEO əsaslı bloq yazının (razılaşmaya görə dəyişə bilər) yazılması
  • Backlink analizi və link yerləşdirilməsi
  • On-page, Off-page SEO və Technical SEO işlərinin görülməsi
  • Nəticələrin analiz edilməsi
  • Aylıq SEO xidməti hesabatı

SEO xidmeti zamanı atacağımız addımlar:

Hədəf auditoriyasının müəyyənləşdirilməsi
  • Açar söz təhlili: SEO xidməti verərkən ən şox diqqət etdiyimiz nüanşlardan biri sektora görə, hədəf auditoriyası üçün uyğun yüksək axtarış həcmi olan açar sözlərə diqqət yetirərək, müvafiq açar söz təhlili aparmaqdır. Saytın məzmunu optimallaşdırılır və URL strukturları müəyyən edilmiş açar sözlərə uyğun olaraq yenilənir.
  • Rəqib analizi: Sektordakı rəqiblərinizi araşdıraraq, müəyyən bir müddət içərisində orqanik trafikinizdə böyümə, orqanik trafikin büdcənizə müsbət əks olunması və axtarış nəticələrində düzgün açar sözlərlə görünmə hədəflənir.
  • Sektor Analizi: Rəqib analizinə uyğun olaraq sektorun SEO rəqabət dərəcəsi araşdırılır və hədəflər buna uyğun olaraq müəyyən edilir.
Yeni müştəri
  • Kontent optimallaşdırması: Hədəf auditoriyanıza uyğun və yüksək həcmli açar sözlər ehtiva edən ziyarətçi dostu kontentlər, SEO dostu kontent olaraq təyin edilir və veb saytınızda yerləşdirilir.
  • Mobil uyğunluq, telefon və planşet ekranlarına görə avtomatik olaraq veb saytların tənzimlənməsidir. Mobil uyğun veb sayt dizaynı, asanlıqla mobil telefon və ya tablet kimi kiçik ekranlı cihazlarda istifadə edilə bilər. Mobil uyğun saytlar, digər saytlardan daha yüksək ziyarətçi axınına səbəb olur. Buna görə də, veb saytınızın mobilə uyğun olması üçün çalışırıq.
Mütəmadi nəzarət
  • Müntəzəm yoxlamalar: Edilən tənzimləmələrin bir proqram problemi və ya bir yenilənmə ilə pozulması mümkündür. Bu səbəbdən layihə, mütəmadi olaraq müəyyən fasilələrlə yoxlanılır.
  • Data nəzarətləri: Açılış səhifələri, ən çox ziyarət edilən səhifələr, orqanik trafik artımı, yeni istifadəçi artımı kimi məlumatlar, aylıq və illik dövrlər üçün analiz edilir; Aylıq və ya mövsümi olaraq müqayisəli olaraq da araşdırılır.
  • İstifadəçi təhlili: Saytdakı istifadəçi davranışı optimallaşdırma ilə bağlı detallı məlumatlar verir. Bu səbəbdən də istifadəçi analizinə uyğun olaraq optimallaşdırmalar edilir.
Transformasiya
  • Orqanik trafik, satışlarda necə əks olunur?
  • SEO, digər marketinq fəaliyyətləri ilə asan inteqrasiya səmərəliliyi və çevrilməni artırır.
  • SEO xidmeti ile axtarış nəticələrinin ön sıralarında mövqelənmə, daha çox müştərinin markanı tanımasına və etibar etməsinə imkan verir.
  • İstifadəçinin əsasən diqqət mərkəzində saxladığı məhsulları vurğulayaraq, konversiyanı artırmaq məqsədi daşıyır.