Mahammad Ibadli

12 Yanvar, 2023

SMM xidməti

SMM xidmeti barədə yazmadan öncə ilk olaraq SMM sözü barəsində bir neçə incə məsələni diqqətinizə çatdırsam, daha yaxşı olar. SMM sözü Sosial media marketinq və ya Sosial media menecer kimi başa düşülə bilər. Bunların hər ikisi doğrudur. Lakin qeyd etmək lazımdır ki, bunların ikisi də fərqli şeylərdir. SMM xidməti göstərirəm deyib, yalnız sosial media menecerliyi edən şəxs əsasən, postları hazırlayıb, vaxtında paylaşmaq, gələn mesajlara və yazılan şərhlərə cavab verməklə məşğul olur. Hə bir də, post üçün kiçik bir kontent yaradır. Lakin SMM xidmeti göstərirəm deyib, Sosial media marketinq işi görənin işi isə fərqlidir. Sosial media marketinq işi görən şəxs, ilk öncə araşdırma aparır, strategiya hazırlayır, rəqibləri araşdırır, unikal kontentlər, unikal dizaynlar yaradır (təbii ki, kontenti kopirayter, dizaynı da dizayner hazırlayır), reklam üçün araşdırma aparır, doğru kanalı seçir, reklam büdcəsinin təyini üçün müəyyən testlər aparır və s.

 

SMM xidmeti vacibdirmi?

Günümüzdə demək olar ki, bütün markalar, şirkətlər, tanınmış simalar, hətta dövlət müəssisələri belə sosial mediada olmalıdır. SMM xidmeti alan bəzi şirkətlər bəzən sadəcə Instagramda və ya Facebookda aktiv olmağı özləri üçün kifayət bilirlər. Bu addım, çox yanlış bir qərar da ola bilər. Əgər hədəf kütlənizin hansı kanalda olduğunu araşdırmadan bu qərarı vermisinizsə, demək ki, yanılmısınız. Çünki, sizin hədəf kütlənizin bir hissəsi Facebookda, bir hissəsi, Linkedində, bir hissəsi Tik-Tokda ola bilər və ya olmaya da bilər. Bunu dəqiq bilmək üçün ilk öncə hədəf kütlənizin olduğu sosial media kanalını doğru-düzgün tapmaq lazımdır.

 

SMM xidmeti ilə satışları çoxalda bilərsiniz

SMM xidməti ilə siz, yeni müştərilər cəlb edə bilər, satışları daha da çoxalda bilərsiniz. Bu hədəf kütlənizin aktiv olduğu sosial media kanalında düzgün reklam vermək, hədəf kütlənizə düzgün xitab etmək, düzgün call to action mesajları vermək, reklamlarınızı davamlı olaraq optimizasiya etməklə mümkündür. Məhz bu addımları düzgün atdıqdan sonra siz, sosial media kanallarından gələn potensial müştərilərə məhsul və ya xidmətinizi sata bilər və ya mövcud satışlarınızı daha da çoxalda bilərsiniz.

 

SMM xidmeti sizə nə qazandıracaq?

SMM xidməti sizə digitalda bir çox şeylər qazandıracaq. Onlardan bir neçəsiniz diqqətinizə çatdıraq:

  • Marka bilinirliyini artırmaq
  • Potensial müştərilər üçün əlçatan olmaq
  • Rəqiblərinizin digital dünyada fəaliyyətini izləmək
  • Müştəriləriniz və potensial müştərilərinizin nə istədiklərini dəqiqləşdirmək
  • Xidmət və məhsullarınızı SMM xidməti ilə hədəf kütlənizə təqdim etmək
  • Hədəf kütlənizin digital kanallarda olan suallarını rahat bir şəkildə cavablandırmaq imkanı
  • Fiziki müəssisəniz bağlı olsa da, 7/24 digitalda daim aktiv olmaq və s.

 

SMM xidməti almaq istəyərkən nələrə diqqət etməlisiniz?

SMM xidmeti almadan öncə bir neçə nuansa diqqət etməlisiniz:

  • SMM xidməti almaq istədiyiniz şirkətin portfoliosu
  • İşləmək istədiyiniz şirkətdən daha öncə SMM xidmeti almış şirkətlərin referansları
  • SMM xidməti zamanı görüləcək işlərin siyahısı
  • SMM xidmeti alacağınız şirkətin sizin markanız üçün hazırladığı strategiya
  • SMM xidmeti almaq istədiyiniz şirkətin daha öncə vermiş olduğu reklamların nəticələri
  • Razılaşmaq istədiyiniz şirkət həqiqətən sizin işlərinizi vaxtı-vaxtında çatdıra biləcəkmi?
  • SMM xidməti almaq istədiyiniz şirkət hansı öhdəlikləri öz boynuna götürür və s.

 

SMM xidmeti üçün müraciət etdiyiniz şirkətlə nə qədər müddət işləməlisiniz?

Bəziləri elə düşünür ki, SMM xidmətini 3-4 ay almaqla, satışda ciddi nəticələr əldə edəcəklər, müştərilərin sayı daha da çoxalacaq və s. Bu tək-tük hansısa bir biznes üçün keçərli ola bilər. Tək-tük. Bütün bizneslər üçün keçərli deyil. Siz daim SMM xidməti ya almalısınız ya da özünüz SMM komandası (kiçik şirkətlərdə bir nəfər kifayət edir) qurub, həyata keçirməlisiniz. Bu xidmət, sosial media və biznesiniz var olduğu müddətdə icra edilməlidi bir işdir. SMM xidmətini dayandırmaq, rəqiblərdən geri qalmaq, bazardan pay itkisi yaşamaq, müştərilərin istəklərini bilməmək, suallarını cavablaya bilməmək və s kimi ciddi problemlərə gətirib çıxarır. Məhz elə buna görə də, daim SMM xidmətindən yararlanmalısınız.

 

SMM xidməti nə qədər müddət sonra effekt göstərir?

Bizim bazarda əksər müştərilər SMM xidmeti alarkən elə bilirlər ki, birinci ay satışlarında ciddi patlayış olacaq. Bunun bir neçə səbəbi var. Təəssüf ki, ilk səbəb budur ki, bəzi dırnaqarası yalançı SMM-çiklərin yalan vədləri. Sırf xidməti alsın deyə, sahibkara yalan vədlər verir, 6 ərzində alınacaq nəticəni 1 aya həll edərik deyir, heç vaxt etmədiyi bir işi, narahat olmayan həll edərik və s. bu tip yalançı vədələr verir. 1-2 ay sonra da sahibkar, nəticələri görməyəndə, bu sektora və sektorun həqiqi mütəxəssislərinə olan inamı da azalır. Daha da pisini qeyd edim. Sahibkara deyəndə ki, bu iş 3-4 ay çəkəcək, eşidəcəyin cavab bu olur: Filankəs mənə SMM xidmeti təklif etmişdir və dedi ki, bunu 1 aya edir (edirmi, etmirmi, indiyə kimi edibmi ya yox, bu ayrı mövzudur) və s. Məhz bu kimi hallar yaşanmasın deyə, müştəri ilə uzun müddət sağlam şəkildə çalışa biləsən deyə, yaxşı olar ki, müştəriyə ilk vaxtda elə düzünü deyin, səffaf danışın ki, sonradan bu kimi hallar yaşanmasın və reputasiyanız aşağı düşməsin.

 

Təkcə SMM xidmeti almaq kifayətdir?

Bizdə təəssüf ki, bəzi sahibkarlar elə düşünür ki, təkcə SMM xidməti almaqla məsələ bitdi. Lakin bu əslində elə deyil. SMM xidməti zamanı siz, Sosial media hesablarınızın idarəçiliyi, post dizaynların hazırlanması, kontentlərin və call to action mesajların hazırlanması üçün xidmət haqqını ödəyirsiniz. Daha çox müştəri kütləsinə çıxmaq üçün siz, SMM xidmeti büdcəsi ilə yanaşı reklam üçün də büdcə ayırmalısınız. Büdcə araşdırma nəticəsində təyin edilməlidir. Məhsulunuz qiyməti, satınalma aralığı, rəqibləriniz, bazar payınız, marka bilinirliyiniz və s. kimi faktorlar nəzərə alınmalıdır. Hətta onu da qeyd edim ki, əksər vaxt tam doğru hədəf kütləni və reklam büdcəsini təyin etmək üçün müəyyən qədər test xarakterli reklamlar verilməlidir. Ki, testin nəticəsi əsasında SMM mütəxəssisi sizə reklam üçün konkret büdcə təyin edə bilsin.

 

SMM xidməti ilə yanaşı başqa nələr edilməlidir?

Əksər vaxtlar təkcə SMM xidməti kifayət etmir. Əgər veb saytınız varsa, SEOSEM xidmətləri də işinizə yaraya bilər. Hətta bəzi şirkət və məhsullar üçün TV və radio, bilbord reklamları da lazım ola bilər. Sosial media reklamları içində bəzən müəyyən məhsulların tanıtımı üçün məhsul və xidmətinizlə əlaqəli, uyğun influencerlərlə də çalışa bilərsiniz.

 

Sonda onu qeyd edim ki, SMM xidmeti ilə bağlı çox məsələləri yazmaq və danışmaq olar. Biz bunlarla kifayətlənirik. Əgər effektiv SMM xidməti almaq istəyirsinizsə SMM xidmətimizlə buradan, portfoliomuzla tanış olmaq istəyirsinizsə, bura daxil ola bilərsiniz.

 

Yazını sona qədər səbrlə oxuduğunuz üçün təşəkkür edirik!

Həmçinin bax

SEO xidmətinin biznesinizə faydası! 22 Dekabr, 2022

SEO xidmətinin biznesinizə faydasından bəhs etməmişdən öncə Daha çox

SEO nədir? 22 Dekabr, 2022

SEO “Search Engine Optimization” veb səhifənizin Google, Yandex …

Daha çox

BLOQLAR

Marketing bloqları

SEO xidmətinin biznesinizə faydası! 22 Dekabr, 2022

SEO xidmətinin biznesinizə faydasından bəhs etməmişdən öncə Daha çox

SEO nədir? 22 Dekabr, 2022

SEO “Search Engine Optimization” veb səhifənizin Google, Yandex …

Daha çox