Yandex.Metrica
Branding service home page | our services | branding service

Brendinq nədir sualına cavab olaraq deyə bilərik ki, brendinq bir markalaşma prosesidir. Müəssisənin, məhsulun və ya şəxsin faydalana biləcəyi bu xidmət, müştərilərin şüurunda davamlı təsir yaratmaq və digər rəqiblər arasında fərqlənmək üçün bir yarışdır.

 

İxtisaslı bir Marka yaratmaq!

Markanı yaratmağa başlamazdan əvvəl incə və ətraflı bir araşdırmaya ehtiyac var. Nəticə olaraq markalaşma yolunu tutacaq şəxslər və ya təşkilatlar çox uzun və tələbkar bir yola çıxırlar. Bu səyahətdə öncədən düzgün hazırlıqlar görülərsə, yola çıxdıqdan sonra daha asanlıqla irəliləyə bilərsiniz. 

 

Hansı yolla gedirik?

Hər şeydən əvvəl yaradılacaq markaya xas bir strategiya hazırlayırıq. Bu strategiya idarəetmə prosesini planlaşdırmağımıza kömək edir. Müştərinin çəkdiyimiz yolu qəbul etməsi, işimizdə rahat dəyişikliklər etməyə imkan verir. Yaradıcılıq perspektivi ilə addım-addım irəliləyirik. Uzunmüddətli beyin fırtınalarından çıxan qərarlar dinamikimizi meydana gətirir.
 

Brendinqdə nə edirik?
  • Marka adı və mövqeləndirməsi
  • Rəqib bazar araşdırması
  • Markada vurğulanacaq detallar
  • Veb sayt optimizasiyası və ya Veb dizaynı
  • Korporativ üsul və vizualların yaradılması
  • Sosial Media idarəetməsi və mövcud hesabların optimizasiyası
  • Düzgün reklam idarəetməsi və büdcə qiymətləndirilməsi
  • Monitorinqlə ölçmə
  • Mətbuatla əlaqələr
  • Brendinizə prestij gətirəcək seminarlar və yarışmalar