Yandex.Metrica
Sosial mediada niyə reklam verməliyik? домашняя страница | блог | sosial mediada niyə reklam verməliyik?

Reklam və marketinq; Məhsul və xidmətləri, daha geniş kütləyə çatdırmaq və satış həcmini artırmaq üçün həyata keçirilən fəaliyyətə verilən addır. Rəqəmsal media reklamları isə internet ortamında marketinq fəaliyyətini ifadə edir. Sosial media reklamları, internetdəki sosial media platformalarını istifadə edərək tanıtımı edilən fəaliyyətin hamısına deyilir. Günümüzdə internet və sosial platformaları istifadə edən istifadəçi sayı bir xeyli artmışdı. Bu səbəblə markaları tanıtmaq və daha çox kütləyə çatmaq istəyən biznes sahibləri, bu platformalarda daha çox yer almağa diqqət göstərirlər. Biznesmenlər bu məqsədlə də məhsullarının reklamlarını müxtəlif sosial media platformaları vasitəsilə həyata keçirir.

Sosial media, hal-hazırda demək olar ki, bütün internet istifadəçilərinin bir növ istifadə etdiyi platformaların ümumi adıdır. Fərqli funksiyalara sahib olan sosial əlaqə platformaları istifadə edə bilər və bu platformaların hamısında ödənişli reklam verə bilərsiniz. Amma diqqət etməli olduğumuz əsas məsələ, reklamın, effektiv ola bilməsi üçün bəzi standartlara uyğun olması və doğru planlanması lazımdır. Sosial media reklamları ancaq bu şəkildə effektiv ola bilər.
 

Sosial media reklamları verərkən nələrə diqqət etməliyik?

İlk öncə düzgün hədəf təyin edilməlidir. Daha sonra təyin edilən hədəfin əlçatan hala gəlməsi lazımdır. Bundan əlavə sosial media reklamları fərqli kanallarda yer alır. Instagram, Twitter, Facebook, Tik-Tok və s. kimi sosial media platformalarında düzənsiz və necə gəldi paylaşım etmək yerinə, məhsula və ya markaya görə paylaşım etmək, planlı reklam kampaniyaları həyata keçirmək və bunları optimizasiya etmək daha məqsədə uyğun olacaqdır. Bu nöqtədə atılacaq ilk addım doğru-düzgün platformanı seçmək lazımdır.
 

Sosial media platforması nəyə görə seçilməlidir?
  1. Niyə reklam vermək istədiyimiz,

  2. Məhsulları və ya markanın çatmasını istədiyimiz hədəf,

  3. Reklamların hansı ərazilərdə yayımlanmasını istəməyimiz,

  4. Veriləcək reklam üçün ayrılmış büdcə

göz önündə tutularaq, reklamın harada yer alacağı təyin edilir. Sosial media platforması təyin edildikdən sonra reklamlarda fərqli vizual məzmun və videolar istifadə edilərək, qarşılıqlı əlaqə artırılmış olur. Eyni zamanda sadə və orijinal reklamlarla efektiv və təsiredici kontent sayəsində, qarşılıqlı əlaqə daha da artır. Digər mühüm məqam isə hədəf auditoriyasına çatmaq və məlumat sahibi olması üçün marka, məhsul və ya xidmətin müəyyən aralıqlarla reklam edilməsi lazımdır.
 

Sosial media reklamlarının faydaları nədir?
  1. Bu reklam növü qısa zamanda çox sayda insana çatır.

  2. Uzun zaman sərf etmədən reklam qısa zamanda hədəfə çatır.

  3. Sosial media reklamları sayəsində məhsul, marka və ya xidmətlər bir çox insana çatır və tanıtım fəaliyyəti çox çətinlik çəkmədən asanlıqla və sürətlə idarə olunur.

  4. Sosial şəbəkələrdə böyük tirajla yayımlanan reklamlar sayəsində bir gündə milyonlarla insana çatmaq mümkündür.

  5. Digər reklam növləri ilə müqayisədə daha az xərclə, çoxlu sayda insanla qarşılıqlı əlaqə yaradır.

  6. Reklama neçə nəfərin baxması, incələməsi və ya çatması baxımından müəyyən ölçülər təyin edilir və bu, bizə reklamı, hədəf kütləsini və nəticəni təhlil etməyə imkan verir.

  7. Verilən reklamın çatacağı insanları və ya reklamın mövzusunu dəyişməyə imkan verir.

Sosial media reklamları; Bu günlərdə bu, bizneslərin və şəxsi veb sayt sahiblərinin ən çox istifadə etdiyi vasitələrdən biridir. Ancaq yuxarıda qeyd etdiyimiz kimi; Bəzi qaydalara uyğun həyata keçirilməli olan bu proseslər daha çox peşəkar idarəetmə tələb edir. Təbii ki, xərcləri öz üzərinə götürərək fayda əldə etmək birinci məqsəd olmalıdır. Bu kontekstdə, çəkdiyiniz xərcləri minimuma endirməklə yanaşı, peşəkar həllərdən istifadə edib ən effektiv nəticələri əldə edə bilərsiniz. Biz sizin üçün peşəkar şəkildə idarə olunan sosial media reklamları təqdim edə bilərik. Hansı sektorda fəaliyyət göstərməyinizdən və reklam həcminizdən asılı olmayaraq bizə müraciət edə bilərsiniz. Sosial media marketinq alətləri üzrə mütəxəssis komandamız, ehtiyaclarınıza uyğun olaraq sizin üçün strategiya qurur və sizə faydalar təqdim edir. Bunun üçün bizimlə əlaqə saxlamağınız kifayət edəcək və əməliyyatlarınız dərhal başlayacaq.

 

Другие блоги