Nuray Mikayılova

22 Dekabr, 2022

SEO nədir?

SEO “Search Engine Optimization” veb səhifənizin Google, Yandex və digər axtarış motorlarında ilk sıralara çıxması üçün həyata keçirilən optimizasiya prosesidir. Rəqəmsal marketinqin ən vacib alətlərindən biri olan SEO xidməti, axtarış nəticələrində veb səhifənizin reytinqini yaxşılaşdırmaq və daha çox orqanik trafik əldə etməsinə kömək edəcəkdir. Axtarış sisteminin optimizasiyası daim inkişaf edən vacib marketinq strategiyasıdır və hər bir veb sayt sahibi üçün önəmli marketinq xidmətlərindən biridir. SEO xidmeti vasitəsi ilə istifadəçilər internetdə axtarış apardıqları sorğu haqqında ən uyğun məlumatları tapa biləcəkdir. Düzgün açar sözlər, peşəkar kontent, linklərin qurulması və digər zəruri prosedurlarla veb səhifənizin ilk sıralarda çıxmasını tezləşdirə bilərsiniz.   

 

SEO xidməti nə üçün zəruridir?

Hazırda  insanlar vaxtlarınının çox hissəsini kompüter qarşısında və ya mobil smartfonlarda keçirirlər. Bu səbəbdən SEO xidməti Google axtarışlarında veb səhifənizin ön sıralara çıxarılması üçün çox önəmli əhəmiyyətə malikdir. SEO xidmeti məhsulunuzun potensial alıcılar tərəfindən axtarış edilərkən ilk sıralarda çıxmasına kömək edir və nəticə olaraq satışlarınızın artmasına gətirib çıxarır. 

 

SEO özlüyündə üç kateqoriyaya bölünür : On page, Off page və Texniki SEO

 

  • On page SEO

Veb saytınızdakı səhifələrin hər birinin ən incə detallarına qədər optimizasiyası On Page SEO vasitəsilə ilə həyata keçirilir. On Page SEO veb səhifənizin məzmununu, HTML və digər önəmli aspektlərin optimizasiyasına kömək edən bir xidmətdir. Buraya veb səhifədə olan başlıqların, meta təsvirlərin, şəkillərin və açar sözlərin istifadəsinin optimizasiyası daxildir. Səhifənizdə bu elementləri optimallaşdırmaqla, axtarış motorunun nəticələrinin daha da yaxşılaşdırılmasına nail ola bilərsiniz. Bundan əlavə, On Page SEO səhifənizdəki axtarılan məzmunun tapılmasını və naviqasiyasını asanlaşdırmaqla, istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına kömək edə bilər.

 

  • Off page SEO

Səhifədənkənar SEO, axtarış sistemlərinin reytinqini yaxşılaşdırmaq üçün veb saytınızın optimizasiya prosesidir. Buraya linklərin qurulması, kontent marketinqi, sosial media marketinqi, kataloqların təqdim edilməsi və s. kimi fəaliyyətlər daxildir. Bu fəaliyyətlər veb saytınızın Google axtarış sistemində ön sıralarda görünməsini artırmağa və ona daha çox organik trafik cəlb etməyə kömək edəcəkdir.

 

  • Texniki SEO

Əgər saytınızın texniki strukturu SEO optimizasiyası üçün əlverişlidirsə, o zaman saytınızda istədiyiniz qədər keyfiyyətli kontent yarada bilərsiniz. Lakin saytınız istifadəyə uyğun deyilsə və ya sayt sürətiniz yaxşı deyilsə axtarış nəticələrində sıralama itirməyiniz qaçılmazdır. Texniki SEO bu səbəbdən vacibdir. Bu çatışmazlıqların həlli üçün ətraflı texniki SEO strategiyası hazırlanmalı və tətbiq edilməlidir.

 

Düzgün SEO strategiyası ilə məhsul və ya xidmətinizi daha böyük auditoriyaya çıxararaq, daha çox qazanc əldə edə bilərsiniz. Veb saytınızın Google axtarış sistemində ilk sıralarda çıxması üçün səhifəniz daim peşəkar SEO optimizasiya xidmətində yararlanmalıdır. Daha effektiv nəticələr və yüksək satışlar əldə etmək üçün bizə müraciət edin.

 

 

Həmçinin bax

Sosial Media Marketinqi nədir? 12 Yanvar, 2023

Sosial media marketinqi biznesinizin sosial şəbəkələrdə görünən üzüdür. …

Daha çox
SEO xidmətinin biznesinizə faydası! 22 Dekabr, 2022

SEO xidmətinin biznesinizə faydasından bəhs etməmişdən öncə Daha çox

BLOQLAR

Marketing bloqları

Sosial Media Marketinqi nədir? 12 Yanvar, 2023

Sosial media marketinqi biznesinizin sosial şəbəkələrdə görünən üzüdür. …

Daha çox
SEO xidmətinin biznesinizə faydası! 22 Dekabr, 2022

SEO xidmətinin biznesinizə faydasından bəhs etməmişdən öncə Daha çox