Aynura Hasanova
12 Yanvar, 2023Sosial Media Marketinqi nədir?
Sosial media marketinqi biznesinizin sosial şəbəkələrdə görünən üzüdür. Günümüzdə sosial media istifadəçi sayı 5.2 milyondur.Bu ölkə əhalisinin 50,7%-ni təşkil edir. Sosial şəbəkələrə İnstagram, Facebook, LinkedIn, Twitter, TikTok, Youtube, WhatsApp və.s daxildir. Bu sosial şəbəkələrdə edilən reklamlar, marketinq işləri Sosial Media Marketinqidir. Son illərdə sosial media istifadəçiləri 900 min nəfər artıb. Azərbaycanda 1,6 milyon nəfər "Facebook" istifadəçisi oldugu haqqında məlumat verilirb. Ölkəmizdə Facebook reklam kütləsinin 31,7%-ni qadınlar, 68,3%-ni kişilər təşkil edir.
Sosial Media Marketinqi nə üçün önəmlidir?
İndiki dövrdə sosial şəbəkə istifadəçilərinin sayına, aktivliyinə əsasən Sosial medianın nə qədər vacib olduğunu təxmin edə bilərik. İstifadəçi hər hansı bir məhsul və ya xidmətlə maraqlanarkən ilk öncə sosial şəbəkələrdə axtarış edir. Bunun üçün də biznesinizin sosial şəbəkə profilinin olması sizin üçün üstünlük sayılır.
Biznesiniz üçün hansı Sosial Media Platforması uyğundur?
Sosial media platformaları müxtəlif kütləyə, kontentə malikdirlər. Məsələn, Facebook daha çox məlumat almaq, xəbərləri izləmək, LinkedIn daha rəsmi platforma sayılır və bu platformada iş axtaranlar, biznesini tanıdanlar aktivdirlər. İnstagram və Tiktok daha əyləncə xarakteri daşıyır. Həm bizneslər fərqli kontentlərlə istifadəçinin marağını çəkir həm də insanlar günlük həyatını paylaşmaqdan zövq alırlar. Youtube konsepti digərlərindən biraz fərqlidir. Belə ki, youtube-da musiqilər, filmlər, vloglar, öyrədici videolar yer alır. Bu səbəbdən sizin biznesinizə uyğun platformanı seçərkən diqqətli olmalısınız. Sizin hədəf kütlənizin hansı sosial şəbəkədə olmasını ayırd etməlisiniz. Məsələn, sizin geyim, qızıl, gül slaonu, şirniyyat və.s bu tipli biznesiniz varsa sizin üçün ən uyğun platforma instagram və tiktokdur. Maraqlı və cəlbedici konseptlə istifadəçinin marağını çəkib satışlarınızı artıra bilərsiniz.
Sosial media strategiyası necə qurulur?
Sosial Media Strategiyasının qurulması biznesiniz üçün çox vacibdir. Belə ki, hansı platformada olacağınızdan aslı olmayaraq planlı şəkildə edilən paylaşımlar, araşdırmalar, reklamlar sizin satışlarınıza, inkişafınıza müsbət mənada təsir edəcək. Sosial media strategiyası qurularkən:
- Hansı social şəbəkədə olmağınız
- Hədəf kütləsi analizi
- Reklam büdcəsinin təyini
- Kontentin təyini
- Aktivlik
Sosial Mediada hədəf kütləmizi necə analiz edək?
Siz məhsulunuza və ya xidmətinizin kişi və ya xanımlara daha çox uyğun olması, yaşı, ərazini, maraqlanırını, təhsilini və.s təyin edə bilərsiniz. A/B testlər edərək də hansı növ reklamın sizin kütləniz üçün uyğun olmasını təyin edə bilərsiniz. Həmçinin bu testlərdən sonra daha dəqiq büdcə təyini edə bilərsiniz. Məsələn, Sosial şəbəkələrdə uşaq geyimləri və ya oyuncaqları satan mağazanız varsa sizin hədəf kütləniz valideynlər olmalıdır. Burada daha çox üstünlük isə analara verilməldir. Başqa bir nümunə isə siz restoran səhifəniz var bu zaman reklamı Bakı və ən əsas da restorana yaxın ərazilərdə yaşayan şəxslər üçün reklam versəniz daha uğurlu ola bilərsiniz. Online mağazanız var və çatdırılmanız Bakı daxilindədirsə Bakıdan kənar ərazilər üçün reklam verməyiniz önəmsizdir.
Sosial mediada influencer'ləri ilə əməkdaşlığın faydaları
Sosial Media Marketinqinin bir qolu da Influencer reklamdır. Amma burada Influencer seçimi edərkən diqqətli olmalısınız. Influencer-in hədəf kütləsinin sizin məhsulunuzla uyğunluğu, real və ya qeyri-real hədəf kütləyə malik olması, izləyici ilə rəftarı və.s əsas götürülməlidir.
Biznesinizin Sosial Şəbəkələrdə reklamını peşəkarlara həvalə edərək həm satışlarınızı artıra həm də brendinizi tanıda bilərsiniz. Daha effektiv nəticələr və yüksək satışlar əldə etmək üçün bizə müraciət edin.
Həmçinin bax
SEO xidmətinin biznesinizə faydasından bəhs etməmişdən öncə Daha çox
SEO “Search Engine Optimization” veb səhifənizin Google, Yandex …
Daha çox