- SEO Xidməti
- Veb sayt hazırlanması
- SMM Xidməti
- 360° marketinq
- Brendinq Xidməti
- Lokal Marketinq
- Rəqəmsal Strategiya
- Google Reklamları
- TV & Media Planlama
- SEO Audit xidməti
- Dizayn Xidməti
- Reklam Filmlərinin Çəkilişi
Reklam Filmlərinin Çəkilişi
Tələb yaratma sənəti kimi tərif verə biləcəyimiz reklam, marketinq və kommunikasiyanın əvəzedilməz bir ünsürüdür. Məhsul və xidmətlərini sataraq gəlir əldə etmək istəyən şirkətlər bu yolda reklama ciddi büdcə ayırmalıdırlar. Sürətlə dəyişən marketinq qaydalarında rəqabət getdikcə daha da artır. İstehlakçı ilə istehsalçı arasında vacib bir kommunikasiya vasitəsi olan reklam, məhsul haqqında məlumat verərək istehlakçını məhsulu almağa şövq etməyi hədəfləyir.
Televiziya, müxtəlif sosial-iqtisadi quruluşları olan kütlələrə çatmaqda ən təsirli medianın başında gəlir. Aparılmış tədqiqatlara görə, hədəf auditoriyaya çatmağın ən sürətli yolu olan televiziya reklamı, digər mətbuat orqanlarından daha səmərəlidir. Digər kütləvi informasiya vasitələri arasında ən bahalı olsa da, hələ də nəhəng şirkətlər hədəf kütləyə mesajı çatdırmaq üçün televiziya reklamlarından aktiv şəkildə istifadə edirlər.
Televiziya reklamlarında, izləyicilərin maraq və diqqətini cəlb etmək üçün mesajlar aksionlarla çatdırılmalıdır. Televiziya reklamlarında ssenariyə böyük önəm verilir. Reklam filmlərində istifadə edilən rənglər, musiqilər, aktyorlar kimi çoxlu ünsürlər xüsusi diqqətlə seçilir. Daha çox inandırıcı olan televiziya reklamları izləyicilərdə alış hissi yarada bilir.
Portfolio