None Reqemsal audit

Rəqəmsal audit

Veb-saytınızı qeyd edin, SEO Audit nəticənizi göndərək.

SEO audit xidməti, veb-saytınızın analizi deməkdir. Yəni veb saytınızda hansı boşluqlar mövcuddur, axtarış nəticələrində çıxmağınız üçün atacağınız addımlar hansılardır və axtarış motorlarının alqoritmalarına uyğun olaraq hansı dəyişiklikləri icra etməlisinizsə, onları sizə bildirir.

 

Saytı SEO audit etdikdən sonra nə edirsiniz?

Əgər qarşılıqlı razılaşma əldə edilərsə, SEO audit nəticələrinə əsasən veb-saytda texniki, saytdaxili (on-page SEO) və saytxarici (off-page SEO) boşluqların aradan qaldırılması istiqamətində SEO çalışmasına başlayırıq.

 

Niyə saytımı SEO audit etməliyəm?

SEO audit olmadan veb-saytınızdan hansı boşluqların olduğunu görə bilməzsiniz. SEO audit nəticəsində siz SEO çalışmalarını planlaşdıra bilirsiniz. Əsasən hansı çalışmaya nə qədər müddət vaxt sərf etməli olduğunuzu anlayırsınız.

 

SEO çalışması nə qədər vaxt çəkir?

SEO çalışmasında nəticə veb sayta, sektora və sektor rəqabətinə görə dəyişir. SEO çalışmalarında nəticə almaq üçün ortalama 4 aylıq müddət lazımdır. Təbii ki, bu sektordan sektora, rəqabət dərəcəsinə görə dəyişə bilər Lakin onu qeyd edək ki, SEO çalışması sadəcə 4 ayla kifayətlənmir. SEO çalışması davamlı olması vacib olan xidmətlərdən biridir.

 

SEO audit zamanı hansı alətlərdən istifadə edirsiniz?

Veb- saytın SEO audit üçün çoxlu SEO analiz alətləri mövcuddur. Bunların hər birinin özünəməxsus funksiyaları var. “SemRUSH”, “Ahrefs”, “Ubersuggets”, “Woorank”, “MOZ” və s. SEO toollarından istifadə edərək veb-saytınızı analiz edirik. Analiz nəticəsində saytınızda mövcud olan texniki, saytdaxili (on-page SEO) və saytxarici (off-page SEO) bütün boşluqları mail vasitəsilə pdf formatında sizə göndəririk.

Xidmətimizdən yararlanmaq istəyirsinizmi?

Portfolio

Uğurlu işlərimiz

Hamısı