Mahammad Ibadli

19 Avqust, 2022

Sosial mediada niyə reklam verməliyik?

Reklam və marketinq; Məhsul və xidmətləri, daha geniş kütləyə çatdırmaq və satış həcmini artırmaq üçün həyata keçirilən fəaliyyətə verilən addır. Rəqəmsal media reklamları isə internet ortamında marketinq fəaliyyətini ifadə edir. Sosial media reklamları, internetdəki sosial media platformalarını istifadə edərək tanıtımı edilən fəaliyyətin hamısına deyilir. Günümüzdə internet və sosial platformaları istifadə edən istifadəçi sayı bir xeyli artmışdı. Bu səbəblə markaları tanıtmaq və daha çox kütləyə çatmaq istəyən biznes sahibləri, bu platformalarda daha çox yer almağa diqqət göstərirlər. Biznesmenlər bu məqsədlə də məhsullarının reklamlarını müxtəlif sosial media platformaları vasitəsilə həyata keçirir.

Sosial media, hal-hazırda demək olar ki, bütün internet istifadəçilərinin bir növ istifadə etdiyi platformaların ümumi adıdır. Fərqli funksiyalara sahib olan sosial əlaqə platformaları istifadə edə bilər və bu platformaların hamısında ödənişli reklam verə bilərsiniz. Amma diqqət etməli olduğumuz əsas məsələ, reklamın, effektiv ola bilməsi üçün bəzi standartlara uyğun olması və doğru planlanması lazımdır. Sosial media reklamları ancaq bu şəkildə effektiv ola bilər.

 

Sosial media reklamları verərkən nələrə diqqət etməliyik?

İlk öncə düzgün hədəf təyin edilməlidir. Daha sonra təyin edilən hədəfin əlçatan hala gəlməsi lazımdır. Bundan əlavə sosial media reklamları fərqli kanallarda yer alır. Instagram, Twitter, Facebook, Tik-Tok və s. kimi sosial media platformalarında düzənsiz və necə gəldi paylaşım etmək yerinə, məhsula və ya markaya görə paylaşım etmək, planlı reklam kampaniyaları həyata keçirmək və bunları optimizasiya etmək daha məqsədə uyğun olacaqdır. Bu nöqtədə atılacaq ilk addım doğru-düzgün platformanı seçmək lazımdır.

 

Sosial media platforması nəyə görə seçilməlidir?

  • Niyə reklam vermək istədiyimiz,
  • Məhsulları və ya markanın çatmasını istədiyimiz hədəf,
  • Reklamların hansı ərazilərdə yayımlanmasını istəməyimiz,
  • Veriləcək reklam üçün ayrılmış büdcə

 

Göz önündə tutularaq, reklamın harada yer alacağı təyin edilir. Sosial media platforması təyin edildikdən sonra reklamlarda fərqli vizual məzmun və videolar istifadə edilərək, qarşılıqlı əlaqə artırılmış olur. Eyni zamanda sadə və orijinal reklamlarla efektiv və təsiredici kontent sayəsində, qarşılıqlı əlaqə daha da artır. Digər mühüm məqam isə hədəf auditoriyasına çatmaq və məlumat sahibi olması üçün marka, məhsul və ya xidmətin müəyyən aralıqlarla reklam edilməsi lazımdır.

Həmçinin bax

Sosial Media Marketinqi nədir? 12 Yanvar, 2023

Sosial media marketinqi biznesinizin sosial şəbəkələrdə görünən üzüdür. …

Daha çox
SEO xidmətinin biznesinizə faydası! 22 Dekabr, 2022

SEO xidmətinin biznesinizə faydasından bəhs etməmişdən öncə Daha çox

BLOQLAR

Marketing bloqları

Sosial Media Marketinqi nədir? 12 Yanvar, 2023

Sosial media marketinqi biznesinizin sosial şəbəkələrdə görünən üzüdür. …

Daha çox
SEO xidmətinin biznesinizə faydası! 22 Dekabr, 2022

SEO xidmətinin biznesinizə faydasından bəhs etməmişdən öncə Daha çox