Aircargo.az
Haqqında
Air Cargo şirkəti Azərbaycanda lider mövqeyi tutan beynəlxalq logistika şirkətlərindən biridir. Şirkət marka dəyərini artırmaq və müştəri bazasını genişləndirmək məqsədilə Trustme Digital Agency şirkətinə üz tutaraq SEO xidmətindən yararlanmaqla bazarda brendini daha da təkmilləşdirdi. Burada, SEO xidməti almaqda əsas məqsəd fəaliyyəti passivləşmiş veb-saytın yenidən aktivləşdirilməsi, bununla yeni müştərilər cəlb etmək, gəlirin artırılması və şirkətin fəaliyyət göstərdiyi sektorda internet istifadəçilərinin axtardığı açar sözlərdə ilk sıralarda olmaq idi.
Hədəf
- Saytın SEO üçün uyğun hala gətirilməsi
- İstifadəçilərin axtardığı açar sözlərdə önə çıxmaq
- Sayta olan trafikin artımı

Proses
Saytın analizi
1 həftəRəqib araşdırması
1 həftəAçar söz araşdırması
1 həftəTexniki işlər
4 həftəOn page SEO
6 ayNəticə
SEO-nun əsas məqsədi açar sözləri düzgün istifadə etməklə saytın axtarış sistemlərində önə çıxmasını, veb- saytın istifadəçi trafikinin artmasını təmin etməkdir. Şirkət üçün düzgün açar sözləri təyin edib istifadə etməklə veb- saytın trafiki ciddi miqdarda artmışdır.
SEO xidməti çərçivəsində saytda üç istiqamət üzrə- On page SEO, Off page SEO və texniki SEO- işə başladıq. Veb- saytda yer alan texniki problemləri aradan qaldırmaq əsas işlərimizdən idi. Həmçinin veb- saytın kontentini təkmilləşdirərək daha uyğun hala gətirdik.
İstifadəçi davranışını analiz edərək onlar üçün daha rahat veb- sayt qurmaq əsas hədəflərimizdən idi. Təcrübələrə əsaslanaraq bəzi səhifələri yenidən dizayn etdik, ana səhifədə bəzi butonların yerini dəyişməklə fərqliliklər yaratdıq. Çünki bilirik ki, kiçik toxunuşlar böyük nəticələrə gətirib çıxara bilər.
Keçən il yaradılan sosial media yazıları
Ötən il üçün yaradılmış rəqəmsal materiallar
2006-cı ildən marketinq sahəsində təcrübəyə malikdir
Müştərilərimizdən müsbət rəylər
PORTFOLİO