Viva medical üçün veb sayt

Haqqında

Trustme Digital heyəti Azərbaycanın ən qabaqcıl, tibb avadanlıqlarının satışını həyata keçirən VIVA Medical Group şirkəti üçün yeni veb-sayt ərsəyə gətirdi. Sayt hazırlanarkən funksionallığı müştərinin istəyinə uyğun olaraq maksimum nəzərə alınmışdır. Layihənin icrası müddətində bütün detallara və aspektlərə xüsusi yanaşan komandamız şirkətin korporativ üslubuna diqqət edərək ən son texnoloji yeniliklərdən istifadə edib. Bu sayt daimi müştərilərlə əlaqə yaratmağa, təkrar müraciətlərin sayını və  ümumi əməkdaşlıq müddətini artırmağa imkan verir.

Hədəf

  • Markanın etibarını və tanınmasının artırılması
  • Brendin inkişafı və təkmilləşdirilməsi
  • Müştəri bazasının genişləndirilməsi

Proses

Brief

2 həftə

UX dizayn

2 həftə

UI dizayn

1 həftə

Front-end kodlaşdırma

3 həftə

Back-end kodlaşdırma

3 həftə

Test

1 həftə

Brief

2 həftə

UX dizayn

2 həftə

UI dizayn

1 həftə

Front-end kodlaşdırma

3 həftə

Back-end kodlaşdırma

3 həftə

Test

1 həftə

Nəticə

Bu korporativ veb-sayt  şirkətlə tanış olmaq üçün nəzərdə tutulub, o, biznesin digital aləmdə bir təmsilidir. Onun məqsədi brend şüurunu artırmaq, yeni müştərilər və tərəfdaşlar tapmaqdır. Burada ziyarətçi şirkət haqqında bütün lazımi məlumatları əldə edə bilir: fəaliyyət dairəsi, məhsullar, xidmətlər, əlaqə məlumatları, yerləşmə və s. Bütün bunları nəzərə alaraq mükəmməl, satışa yönümlü veb-saytın potensial müştərilərə daha asan çatmaq, onlarla düzgün kommunikasiya qurmaq üçün ən vacib şərt olduğunu bilən Trustme Digital innovativ həll vasitələrilə işlək veb-sayt hazırladı.

Veb-sayt sayəsində şirkət məhsullarının elektron kataloqu hər evdə 24 saat, həftənin 7 günü, ilin 365 günü mövcud olacaqdır. Bununla da məhsullarınız gecə-gündüz ölkənin eləcə də dünyanın hər yerində nümayiş etdirilmiş olur. Artıq müştəriləriniz rahatlıqla sayta daxil olaraq istənilən məhsulu gözdən keçirib, onun spesifikasiyası ilə tanış ola biləcəkdir. Bu da müştəri məmnuniyyətinin artaraq satış yüksəlişi deməkdir.

Sayt vasitəsilə məhsulu sifariş etmək və onun haqqını onlayn ödəyə bilməklə buradan real satış imkanları yaranır.  Artıq sifarişçimiz müştərilərinə 7/24 xidmət göstərməklə onlayn satışlarının sayını daha da artırmış olacaqdır. Bununla da ölkənin istənilən yerindən, istənilən gündə  və istənilən vaxtda - hətta bazar günü belə sifarişlər sayt üzərindən qəbul edilə bilər.

Şirkətin fəaliyyəti və məhsul çeşidləri haqqında sürətli və asan məlumat əldə etmə vasitəsi məhz veb-sayt hesab edilir. Burada istifadəçilərin əhatəli məlumatlandırılması ilə rahat kontaktın qurulması təmin edilib. Bununla da çevik, yaradıcı və məsuliyyətli komandamız bu saytı yaratmaqla sifarişçinin yeni müştəri qazanmaq şansını birə-beş artırmış olur.

1118

Keçən il yaradılan sosial media yazıları

8900

Ötən il üçün yaradılmış rəqəmsal materiallar

2006

2006-cı ildən marketinq sahəsində təcrübəyə malikdir

98%

Müştərilərimizdən müsbət rəylər

Xidmətimizdən yararlanmaq istəyirsizmi?

PORTFOLİO

Həmçinin bax

Hamısı