DP parfumum e-ticarət saytı
Haqqında
Rusiyada fəaliyyət göstərən, ən böyük parfüm mağazalar şəbəkəsi D&P Parfumum üçün Trustme Digital komandası tərəfindən çoxfunksiyalı və müasir tələblərə cavab verən yeni nəsil e-kommersiyalı veb-sayt hazırlandı. Sayt mobil uyumlu, SEO alqoritmlərini nəzərə alan, yenilikçi və zamanla böyüməyi təşviq edən bir üslubda tərtib olundu. Sifarişçinin "brief"indən sonra UX və Uİ dizayn, "frontend" və "backend" kodlaşdırma, son olaraq isə test mərhələsi keçirilərək qarşı tərəfə təhvil verildi. Öz unikallığı ilə ziyarətçiləri tezliklə müştərilərə çevirməyi vəd edən bu sayt əməkdaşlarımızın böyük zəhmətinin uğurlu bəhrəsidir.
Hədəf
- Markanın etibarını və tanınmasının artırılması
- Brendin inkişafı və təkmilləşdirilməsi
- Müştəri bazasının genişləndirilməsi

Proses
Brief
2 həftəUX dizayn
2 həftəUI dizayn
1 həftəFront-end kodlaşdırma
3 həftəBack-end kodlaşdırma
3 həftəTest
1 həftəNəticə
Bu korporativ veb-sayt şirkətlə tanış olmaq üçün nəzərdə tutulub, o, biznesin digital aləmdə bir təmsilidir. Onun məqsədi brend şüurunu artırmaq, yeni müştərilər və tərəfdaşlar tapmaqdır. Burada ziyarətçi şirkət haqqında bütün lazımi məlumatları əldə edə bilir: fəaliyyət dairəsi, məhsullar, xidmətlər, əlaqə məlumatları, yerləşmə və s. Bütün bunları nəzərə alaraq mükəmməl, satışa yönümlü veb-saytın potensial müştərilərə daha asan çatmaq, onlarla düzgün kommunikasiya qurmaq üçün ən vacib şərt olduğunu bilən Trustme Digital innovativ həll vasitələrilə işlək veb-sayt hazırladı.
Veb-sayt sayəsində şirkət məhsullarının elektron kataloqu hər evdə 24 saat, həftənin 7 günü, ilin 365 günü mövcud olacaqdır. Bununla da məhsullarınız gecə-gündüz ölkənin eləcə də dünyanın hər yerində nümayiş etdirilmiş olur. Artıq müştəriləriniz rahatlıqla sayta daxil olaraq istənilən məhsulu gözdən keçirib, onun spesifikasiyası ilə tanış ola biləcəkdir. Bu da müştəri məmnuniyyətinin artaraq satış yüksəlişi deməkdir.
Sayt vasitəsilə məhsulu sifariş etmək və onun haqqını onlayn ödəyə bilməklə buradan real satış imkanları yaranır. Artıq sifarişçimiz müştərilərinə 7/24 xidmət göstərməklə onlayn satışlarının sayını daha da artırmış olacaqdır. Bununla da ölkənin istənilən yerindən, istənilən gündə və istənilən vaxtda - hətta bazar günü belə sifarişlər sayt üzərindən qəbul edilə bilər.
Şirkətin fəaliyyəti və məhsul çeşidləri haqqında sürətli və asan məlumat əldə etmə vasitəsi məhz veb-sayt hesab edilir. Burada istifadəçilərin əhatəli məlumatlandırılması ilə rahat kontaktın qurulması təmin edilib. Bununla da çevik, yaradıcı və məsuliyyətli komandamız bu saytı yaratmaqla sifarişçinin yeni müştəri qazanmaq şansını birə-beş artırmış olur.
Keçən il yaradılan sosial media yazıları
Ötən il üçün yaradılmış rəqəmsal materiallar
2006-cı ildən marketinq sahəsində təcrübəyə malikdir
Müştərilərimizdən müsbət rəylər
PORTFOLİO