Alison Travel Group
Haqqında
Trustme Digital komandası ölkəmizdə fəaliyyət göstərən, daxili və xarici turlar təşkil edən səyahət agentliyi Alison Travel şirkəti üçün veb- sayt hazırlayıb. Dörd dildə (Azərbaycan, rus, ingilis, ərəb) təqdim olunan saytın texniki və proqram təminatı bütün müasir tələblərə cavab verir. Tur istiqaməti axtaran müştərilər sayt vasitəsilə tarix, ölkə və ya şəhər seçməklə özlərinə ən uyğun səyahəti asanlıqla planlaşdıra bilərlər. Sayt yaradılarkən komandamız şirkətin imicini əks etdirən rənglərdə dizayna, həmçinin asan və rahat funksionallığa xüsusi diqqət ayırıb. Sayt potensial müştərilərin agentlik vasitəsilə turlara qatılmasını təşviq edir.
Hədəf
- Markanın etibarını və tanınmasının artırılması
- Brendin inkişafı və təkmilləşdirilməsi
- Müştəri bazasının genişləndirilməsi

Proses
Brief
2 həftəUX dizayn
2 həftəUI dizayn
1 həftəFront-end kodlaşdırma
3 həftəBack-end kodlaşdırma
3 həftəTest
1 həftəNəticə
Komandamız internetə daxil olanların əksəriyyətinin mobil cihazlar istifadə etdiyini nəzərə alaraq saytı mobilə uyğunlaşdırıb. Sayt müştərilən asan tur tapmasına, istiqamət və tarix seçməsinə imkan verdiyi üçün funksionaldır. Bu da ziyarətçilərin müştəriyə çevrilməsinə şərait yaradır.
Sayt ən çox istifadə edilən tur və səyahət istiqamətlərini ayrı başlıq altında topladığı üçün cəlb edici istiqamətlər və uyğun variantlar veb- saytı ziyarət edənlər üçün daha əl çatandır. Sayt dizayn edilərkən müxtəlif başlıqlar altında istifadəçilərin tez və qısa zamanda tur istiqamətini seçmələri təmin olunub. Beləliklə saytı ziyarət edənlər şirkətin əməkdaşları ilə əlaqə yaratmaqda daha maraqlı olurlar.
Ziyarətçi kütləsinin fəal internet istifadəçiliyi sizin də müştərilərinizin burada olması deməkdir. Doğru atılan addımlar sayəsində ərsəyə gələn bu saytla sifarişçi 7/24 satış etmək fürsəti əldə etmiş olur.
Uzun axtarışlar, xüsusilə, səyahət kimi çətin və seçimi çox olan sahədə insanı yora bilir. Komandamız bunun qarşısına keçmək üçün saytı göz yormayan rənglərdə dizayna etməyə xüsusi diqqətlə yanaşıb. Həmçinin asan və rahat seçim etmək, müştərilən işini asanlaşdırmaq üçün ona hazır seçimlər vermək də komandamıızn diqqət mərkəzində idi. Veb- saytda bütün bunlar nəzərə alınaraq hazırlanmışdır.
Keçən il yaradılan sosial media yazıları
Ötən il üçün yaradılmış rəqəmsal materiallar
2006-cı ildən marketinq sahəsində təcrübəyə malikdir
Müştərilərimizdən müsbət rəylər
PORTFOLİO