Service-invest üçün veb sayt
Haqqında
Ölkənin nüfuzlu, yüksək texnologiyalı neft-qaz avadanlıqlarının təchizatı ilə məşğul olan SERVICE Invest şirkəti üçün Trustme Digital Agency tərəfindən e - kommersiyalı yeni veb-sayt hazırlandı. Üç dildə təqdim olunan saytda texniki və proqram təminatı cəhətdən ən müasir yeniliklər tətbiq edilib. Yaradılmış müxtəlif bölmələri şirkətin fəaliyyətini və xidmətlərini geniş şəkildə əhatələyir. Tanıtım saytı olaraq marka, məhsul və xidmətin reklamını hədəfləyir. Burada açar sözlərin düzgün seçilməsi ilə SEO təşviqatın yüksək effektliyi gözlənilir.
Hədəf
- Markanın etibarını və tanınmasının artırılması
- Brendin inkişafı və təkmilləşdirilməsi
- Müştəri bazasının genişləndirilməsi
Proses
Brief
2 həftəUX dizayn
2 həftəUI dizayn
1 həftəFront-end kodlaşdırma
3 həftəBack-end kodlaşdırma
3 həftəTest
1 həftəNəticə
Ziyarətçi kütləsinin fəal internet istifadəçiliyi sizin də müştərilərinizin burada olması deməkdir. Doğru atılan addımlar sayəsində ərsəyə gələn bu saytla sifarişçi 7/24 satış etmək fürsəti əldə etmiş olur.
Çoxşaxəli satış imkanları olan veb - sayt ilə sifarişçimizin korporativ müştəri bazasını genişləndirmiş oluruq. Onu aktiv idarə etməklə isə yeni ziyarətçiləri daha çox cəlb etmək mümkündür.
Veb-saytın sürətli informasiya ötürücülü dünyanın istənilən nöqtəsindən şirkətə hər gün yüzlərlə müştəri qazanmaq şansı yaradır. Xüsusilə uğurlu SEO planlaması ilə bu fürsəti birə-beş artırmış olduq.
Xidmət və məhsul satışını bir arada icra edən şirkətin bütün iş potensialı bu saytda öz əksini tapır. Layihəni həyata keçirərkən ilk müştərinin sektorunu, rəqiblərini analiz edib, effektiv sayt strategiyası qurduq. Məhsullarını burada işıqlandıraraq qısa zamanda daha geniş investisiya əldə etməsini təşkil etdik.
Keçən il yaradılan sosial media yazıları
Ötən il üçün yaradılmış rəqəmsal materiallar
2006-cı ildən marketinq sahəsində təcrübəyə malikdir
Müştərilərimizdən müsbət rəylər
PORTFOLİO