Brain academy

Haqqında

Ölkəmizdə fəaliyyət göstərən və tələbələrə xaricdə təhsil imkanları yaradan “Brain Academy” şirkəti üçün özündə bir çox funksiyanı daşıyan veb- sayt hazırlandı. Sayt vasitəsilə tələbə olmaq istəyənlər müxtəlif dərəcələr ( bakalavr, magistratura, PhD) üzrə özlərinə uyğun universitetləri və ixtisasları rahat şəkildə axtarıb tapa bilərlər. Veb- sayt ərsəyə gətirilərkən komandamız onun işlək, unikal və yenilikçi dizayna malik, axtarış sisteminin rahat və asan olmasına xüsusi diqqət ayırıb. Sayt tələbə olmaq istəyənlərlə universitetlər arasında körpü vəzifəsini uğurla yerinə yetirir.

Hədəf

  • Markanın etibarını və tanınmasının artırılması
  • Brendin inkişafı və təkmilləşdirilməsi
  • Müştəri bazasının genişləndirilməsi

Proses

Brief

2 həftə

UX dizayn

2 həftə

UI dizayn

1 həftə

Front-end kodlaşdırma

3 həftə

Back-end kodlaşdırma

3 həftə

Test

1 həftə

Brief

2 həftə

UX dizayn

2 həftə

UI dizayn

1 həftə

Front-end kodlaşdırma

3 həftə

Back-end kodlaşdırma

3 həftə

Test

1 həftə

Nəticə

Xüsusi dizayn və rəng çalarları seçilərək ərsəyə gətirilən sayt vasitəsilə tələbə olmağa hazırlaşanlar həyatlarının ən önəmli seçimlərini daha asan edə biləcəklər. Seçilən universitetlər haqqında ətraflı məlumatların saytda yerləşdirilməsi günlərlə ediləcək araşdırmanı dəqiqələr içində həll etməyə imkan yaradır. “Brain Academy” üçün yaradılan bu sayt tələbələri bir dam altında toplamaqla onlara dəqiq informasiyalar verir. Bu da şirkəti rəqiblərinin önünə keçirməklə yanaşı, həm də tələbə olmaq istəyənlərin rəğbətini qazanır.

Sayt vasitəsilə tələbə olmaq arzusunda olanlar özlərinə uyğun proqramları əlavə köməyə və konsultasiyaya ehtiyac duymadan özləri tapa bilərlər. Günün istənilən saatında aktiv olan sayt vasitəsilə həmçinin universitetlərə müraciət etmək də mümkündür.

Sayt vasitəsilə tələbə olmaq arzusunda olanlar istədikləri ixtisası rahatlıqla seçə və ona uyğun universitetlərin sıralamasına görə bilərlər. Əlavə olaraq universitetlərin tədriq proqramı, ödənişi və s. Haqqında ətraflı məlumatı da sayt vasitəsilə əldə etmək mümkündür.

Veb- sayt hazırlanarkən onun potensial müştəri bazası analiz edilmiş, beləliklə göz oxşayan dizayna malik və mobilə uyğun veb- sayt ərsəyə gətirilmişdir. Sayta axtarış bölməsi əlavə edilərək tələbələrin universitet axtarış prosesi asanlaşdırılmışdır. Bu da öz növbəsində saytın potensial müştərilər tərəfindən daha çox ziyarət edilməsinə şərait yaratmışdır.

1118

Keçən il yaradılan sosial media yazıları

8900

Ötən il üçün yaradılmış rəqəmsal materiallar

2006

2006-cı ildən marketinq sahəsində təcrübəyə malikdir

98%

Müştərilərimizdən müsbət rəylər

Xidmətimizdən yararlanmaq istəyirsizmi?

PORTFOLİO

Həmçinin bax

Hamısı