Chio-chio-san.az
Haqqında
Yapon mətbəxini ənənəvi reseptləri ilə Azərbaycanda sevdirən restoranlardan biri məhz "Chio Chio San"dır. Suşi istəyib, lakin onun əsl ləzzətini hələ də axtaran müştərilərin qarşısına müntəzəm çıxmaq üçün restoran SEO xidmətimizi seçim etdi. İşimiz veb-saytın detallı olaraq bütün problemlərini aşkarlayıb, orqanik trafiki artıracaq düzgün yol xəritəsi təqdim etməkdən ibarət oldu. Bu da özünü sayta baş çəkən ziyarətçi sayının artması və müəyyən qədərinin real müştərilərə çevrilməsində göstərdi.
Hədəf
- Saytın SEO üçün uyğun hala gətirilməsi
- İstifadəçilərin axtardığı açar sözlərdə önə çıxmaq
- Sayta olan trafikin artımı
Proses
Rəqib araşdırması
1 həftəAçar söz araşdırması
1 həftəTexniki işlər
4 həftəOn page SEO
6 ayNəticə
SEO-nun əsas məqsədi açar sözləri düzgün istifadə etməklə saytın axtarış sistemlərində önə çıxmasını, veb- saytın istifadəçi trafikinin artmasını təmin etməkdir. Şirkət üçün düzgün açar sözləri təyin edib istifadə etməklə veb- saytın trafiki ciddi miqdarda artmışdır.
SEO xidməti çərçivəsində saytda üç istiqamət üzrə- On page SEO, Off page SEO və texniki SEO- işə başladıq. Veb- saytda yer alan texniki problemləri aradan qaldırmaq əsas işlərimizdən idi. Həmçinin veb- saytın kontentini təkmilləşdirərək daha uyğun hala gətirdik.
İstifadəçi davranışını analiz edərək onlar üçün daha rahat veb- sayt qurmaq əsas hədəflərimizdən idi. Təcrübələrə əsaslanaraq bəzi səhifələri yenidən dizayn etdik, ana səhifədə bəzi butonların yerini dəyişməklə fərqliliklər yaratdıq. Çünki bilirik ki, kiçik toxunuşlar böyük nəticələrə gətirib çıxara bilər.
Keçən il yaradılan sosial media yazıları
Ötən il üçün yaradılmış rəqəmsal materiallar
2006-cı ildən marketinq sahəsində təcrübəyə malikdir
Müştərilərimizdən müsbət rəylər
PORTFOLİO