Parket.az
Haqqında
10 ildən artıq fəaliyyət göstərən “Parket.az” şirkəti bu gün Azərbaycanın döşəmə örtükləri bazarında lider mövqelərini tutan və daim inkişafda olan bir şirkətdir. Şirkət dünyanın aparıcı döşəmə örtükləri istehsalçılarının keyfiyyətli məhsullarının ölkəmizdə satışı ilə məşğuldur. Bazarda bu işi görən bir çox şirkət olduğundan “Parket.az” bizə müraciət edərək SEO xidməti almışdır. SEO xidməti çərçivəsində şirkətin axtarışlarda önə çıxması, saytın istifadəçi trafikinin artırılması və beləcə satışları artırmaq nəzərdə tutulmuşdu. “Trustme Digital” qarşıya qoyulan bütün hədəflərə çatmışdır.
Hədəf
- Saytın SEO üçün uyğun hala gətirilməsi
- İstifadəçilərin axtardığı açar sözlərdə önə çıxmaq
- Sayta olan trafikin artımı
Proses
Saytın analizi
1 həftəRəqib araşdırması
1 həftəAçar söz araşdırması
1 həftəTexniki işlər
4 həftəOn page SEO
6 ayNəticə
SEO-nun əsas məqsədi açar sözləri düzgün istifadə etməklə saytın axtarış sistemlərində önə çıxmasını, veb- saytın istifadəçi trafikinin artmasını təmin etməkdir. Şirkət üçün düzgün açar sözləri təyin edib istifadə etməklə veb- saytın trafiki ciddi miqdarda artmışdır.
SEO xidməti çərçivəsində saytda üç istiqamət üzrə- On page SEO, Off page SEO və texniki SEO- işə başladıq. Veb- saytda yer alan texniki problemləri aradan qaldırmaq əsas işlərimizdən idi. Həmçinin veb- saytın kontentini təkmilləşdirərək daha uyğun hala gətirdik.
İstifadəçi davranışını analiz edərək onlar üçün daha rahat veb- sayt qurmaq əsas hədəflərimizdən idi. Təcrübələrə əsaslanaraq bəzi səhifələri yenidən dizayn etdik, ana səhifədə bəzi butonların yerini dəyişməklə fərqliliklər yaratdıq. Çünki bilirik ki, kiçik toxunuşlar böyük nəticələrə gətirib çıxara bilər.
Keçən il yaradılan sosial media yazıları
Ötən il üçün yaradılmış rəqəmsal materiallar
2006-cı ildən marketinq sahəsində təcrübəyə malikdir
Müştərilərimizdən müsbət rəylər
PORTFOLİO